• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Sim kartlar erası bitir

Sim kartlar erası bitir
22.10.2014 21:30
"Apple" şirkətinin yeni tətbiq etdiyi dəyişiklik sim nömrələrini bazardan çıxara bilər.ANS PRESS-in məlumatına görə, şirkət ötən həftə təqdim etdiyi tablet modellərində, daha əvvəl heç bir cihazında istifadə etmədiyi bir texnologiyanı istifadə edib. "Apple SİM" adı verilən bu yeni tətbiq sayəsində istifadəçilər GSM operatorlarından sim kart almaq məcburiyyətində qalmır. Yeni "iPad" modellərində olan "Apple SİM" istifadəçilərə istədikləri zaman, istədikləri GSM operatoruna sim kart dəyişikliyi etmədən keçmələrinə imkan verir. "Apple"ın bu yeni tətbiqinin istifadəyə verilməsindən sonra istifadə etdiyimiz sim kartların dövrünün sona çatacağı iddia edilir. "Apple SİM" ilə razılıq əldə edən GSM operatorlarının sayı hazırda xeyli azdır. ABŞ-da yalnız "T-Mobile", "AT & T" və "Sprint" şirkətlə razılıq əldə edib. "Apple SİM" kartın nə zaman və hansı GSM operatorları ilə Azərbaycanda istifadəyə veriləcəyi isə hələlik bilinmir. Şirkətə yaxın qaynaqlardan gələn məlumatlara görə, "Apple" uzun müddətdə bu yeni tətbiqi bütün ağıllı cihazlarına tətbiq etməyi planlaşdırır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Dünya 20:20
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Dünya 18:45
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Estoniyada helikopter dənizə düşüb
Dünya 17:16
Estoniyada helikopter dənizə düşüb
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Dünya 16:12
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Dünya 15:00
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol