Şimali Koreyadakı rejim BMT-ni hədələyib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, rəsm Pxenyan bildirib ki, Şimali Koreyada insan haqlarının pozulması monitorinqini aparmaq üçün Cənubi Koreyada ofisini açması BMT-yə baha başa gələcək.
Şimali Koreyanın rəsmi bəyanatında vurğulanıb ki, bu ofis “böhtan yuvası” olacaq. Pxenyan bəyanatında BMT-nin əməkdaşlarını hədəfə almaqla “sərt cavab” verəcəyini bildirib.
Mənbə xatırladıb ki, Cənubi Koreya hakimiyyəti Şimali Koreyada insan haqlarının davamlı olaraq, pozulmasına dair hesabat yayan bu qurumun ofisinin ölkə ərazisində açılmasına razılıq verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !