Şimali Koreyalı general Rusiyada siyasi sığınacaq istədi

17:20 | 06.07.2015
Şimali Koreyalı general Rusiyada siyasi sığınacaq istədi

Şimali Koreyalı general Rusiyada siyasi sığınacaq istədi

Şimali Koreyalı bir general Rusiyada keçirilən toplantıya qatılmaq üçün Moskya gəlib, amma sonra o, ölkəsinə geri dönməyib. 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, general Pak Sin Uin üçüncü bir ölkənin səfirliyinə müraciət edərək siyasi sığınacaq istəyib. Xəbərdə deyilir ki, generalın öz ölkəsindən qaçma səbəbi Şimalı Koreya iqtidarının irəli sürdüyü basqı siyasətidir. General həmkarı, ölkənin Müdafiə Plan Komitəsinin başçısı, general Ma Vonq Çunun edamından sonra belə bir aqibətin onu da gözlədiyindən qorxduğunu və ölkəsinin vətəndaşlığından imtina etmək istədiyini bildirib.

Xəbərə görə, general bu ilin aprel ayından ölkəsindən çıxıb, amma geri donməyib. General Pak Sin Uin dəfələrlə öz ölkəsini xarici tədbirlərdə təmsil edib. Hələ bundan əvvəl o, ölkəsinin Rusiyadakı səfirliyində hərbi atteşe vəzifəsini daşıyıb. Keçən il ölkəsinin "Əmək qəhrəmanı" mükafatına layiq görülən generalın qızının hazırda Moskva Tibb Universitetidə tələbə olduğu deyilir.

Nuray 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM