Simferopolda snayperdən açılan atəş 2 nəfəri yaralayıb, daha iki nəfərin həyatına son qoyub. ANS PRESS-in məlumatına görə, bu barədə dünən Krım Daxili İşlər Nazirliyindən məlumat verilib. Bundan əvvəl, 2 nəfərin yaralandığı, 1 nəfərin isə öldüyü bildirilmişdi. DİN-dən verilən məlumata görə, ölən və yaralanlar özünmüdafiə döyüşçüsü və hərbi hissənin qulluqçusu olub. İlkin məlumatlara görə, atəş bir yerdən iki istiqamətə açılıb. Kimliyi məlum olmayan şəxs hərbi hissənin yaxınlığındakı yarımçıq tikilinin pəncərələrindən atəş açıb. Zərər çəkən hərbi qulluqçular binada silahlı şəxslərin olub-olmamasını yoxlayarkən vurulub. Hüquq-mühafizə orqanları hadisənin provokasiya xarakterli olduğunu istisna etmir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !