Sığorta şirkətinin qazancı 40 milyon manatı ötdü

15:15 | 24.10.2015
Sığorta şirkətinin qazancı 40 milyon manatı ötdü

Sığorta şirkətinin qazancı 40 milyon manatı ötdü

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, 1-ci yeri "Paşa Sığorta” şirkəti tutub. 

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Oxu.Az-a bildirilib. 

ASA-nın məlumatına görə, şirkət 9 ayda 48,25 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşmış "Paşa Həyat Sığorta”nın yığımları 42,55 milyon manat, "Atəşgah Sığorta”nın yığımları isə 35,3 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi "Atəşgah Həyat Sığorta” (30,2 milyon manat) və "Azərsığorta” (29,3 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 54,7%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 185,6 milyon manat) düşür.

"Ən az sığorta haqqı toplayanlar isə "Başak İnam” (849 min manat), "Amrah Sığorta” (666 min manat), "Azərqarant” (203 min manat), fəaliyyətini ötən ay bərpa etmiş "Çartis Azərbaycan” (62 min manat) və "Günay Sığorta” (56 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 1,84 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası ötən ilin dekabr ayında dayandırılmış, bu ilin iyun ayında isə ləğv edilmiş "Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb” - deyə, ASA-dan qeyd edilib. 

Assosiasiya bazarda ödənişlərinin məbləğinə görə də lider olan sığorta şirkətinin adını açıqlayıb:

"9 ayda sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə "PAŞA Sığorta” şirkətidir – 21,7 milyon manat. Sonrakı yerləri tutmuş "Qala Həyat Sığorta”nın ödənişləri 16,3 milyon manat, "Atəşgah Sığorta”nın ödənişləri isə 11,5 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi "Atəşgah Həyat Sığorta” (10,3 milyon manat) və "Azərsığorta” (9,3 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54,3%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 69,2 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə "Era-Trans” (179 min manat), "Günay Sığorta” (82 min manat), "Çartis Azərbaycan” (53 min manat), "İpək Yolu Sığorta” (40 min manat) və "Azərqarant” (2 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 356 min manat olub ki, bu da ödənişlərin 0,3%-ni təşkil edir”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM