Siqaret çəkənlərə qarşı qanunlar sərtləşdirilir

11:16 | 11.03.2017
Siqaret çəkənlərə qarşı qanunlar sərtləşdirilir

Siqaret çəkənlərə qarşı qanunlar sərtləşdirilir

Milli Məclisin Əmək və sosial siyasət və insan hüquqları komitələrinin birgə iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə edilib.

Oxu.Az Xezerxeber.az-a istinadla məlumat verir ki, yeni layihəyə əsasən, səhiyyə, təhsil müəssisələrində, kütləvi tədbirlər keçirilən zallarda və digər ictimai yerlərdə tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla bütün növ ictimai iaşə obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək.

Bunu edənlər isə cərimələnəcək. Bu qadağalar qəlyana da aiddir.

Millət vəkili Rüfət Quliyev isə sərt qadağaların tütünçülüyün inkişafına mane olacağını əsas gətirərək bəzi güzəştlərin edilməsini vacib sayıb. Bunların sırasına isə hər bir restoran və ümumi istifadədə olan yerlərdə siqarət çəkmək üçün ərazilərin mütləq qaydada ayrılmasıdır.

Buna cavab olaraq isə bildirilib ki, hazırda Azərbaycanda istehlak edilən siqaretin 70%-i xaricdən gətirildiyindən bu qadağalar yerli istehsalçılara təsir etməycək.

Yeni qanun layihəsində əsasən, televiziya və radiolarda tütünün zərərlərindən bəhs edən reklam çarxalarını yayımlamaq üçün ay ərzində 90 dəqiqədən az olmayaraq efir vaxtı ayırmalıdır. 3 fəsil, 18 maddədən ibarət layihə plenar iclasa tövsiyyə olunub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti