Azərbaycanda pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb.
"APA-Economics" xəbər verir ki, siqaretlərin qiymətində orta hesabla 10-20 qəpiklik artım müşahidə olunur.
Satıcılar deyir ki, qiymət artımı bütün markalara şamil olunub. Onların sözlərinə görə, qiyməti 2 manatadək olan siqaretlər 10 qəpik, 2 manatdan yüksək olanlar isə 20 qəpik bahalaşıb.
Pərakəndə satış ilə məşğul olanlar qiymət artımını tütün məmulatların nağd pulla topdan satışının qadağan olunması ilə izah edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !