"Sırğa olsun" - Konseptual İncəsənət Sərgisi - FOTOLAR

12:51 | 03.02.2016

"Sırğa olsun" - Konseptual İncəsənət Sərgisi - FOTOLAR

29-31 yanvar 2016-ci il tarixlərdə Müasir İncəsənət Mərkəzinin sərgi salonunda  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  "Sırğa olsun” konseptual incəsənət sərgisi keçirildi.

Layihənin  məqsədi  konseptual incəsənətlə məşğul olan rəssamlara dəstək olmaq, müasir incəsənət sahəsinə tövhə vermək, istedadlı və yaradıcı gənclər arasında  şəbəkələşməni  qurmaq və gələcək inkişafına zəmin yaratmaq, müxtəlif  texnika və  üsullarda işləyən  rəssamları  bir  araya  gətirmək, bütöv  bir  ekspozisiyada  birləşdirməkdir.

Azərbaycanda müasir istiqamətdə fəaliyyət  göstərən  rəssamlara  böyüklərimizdən eşitdikləri "qulağında sırğa olsun” misalını rəhbər tutaraq, onların bu anlayışa  necə yanaşdıqları və öz əsərlərində hansı formada gördükləri, onu hansı obraza çevirəcəkləri mövzusu təklif edilmişdi.

Sırğa — hazırda qadınların qulaqlarına taxdıqları qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək əşyası; tanadır. Əski zamanlarda sırğa bizim indi bildiyimiz kimi bəzək olsun, daha gözəl görünsün, başqalarından fərqlənsin deyə taxılmırdı. Sırğa "bildiriş nişanı”, "yaddaş”, "hər an xatırlatma işarəsi”, "unutmamaq, daim yadda saxlamaq” qarantı olaraq taxılırdı. 

Sərgidə gənc rəssamların  bu konsepsiyaya uyğun müxtəlif  təsviri sənət növləri-rəngkarlıq, qrafika, heykəltəraşlıq  və s. müasir ifadə vasitələrindən istifadə edərək  yaratmışlar. Sərgidə  gənc rəssamlardan Vüsalə Ağarazıyeva, Novruz Məmmədov, Zamin Rzayev,  Orxan Qarayev, Gülnarə  Kuzukova, Məmməd  Rəşidov,  Günel Ravilova və s. iştirak edirdilər.

Layihənin rəhbəri Məhbarə Abbasovadır. 
 
(Fotolar: Rüstəm Qasımov)
 








































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM