"Siyasi partiyalar Avropa Oyunları ilə bağlı müzakirlərdən kənarda qalmamalıdırlar"

11:45 | 15.05.2015

"Siyasi partiyalar Avropa Oyunları ilə bağlı müzakirlərdən kənarda qalmamalıdırlar"

Bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran, daha çox onun gündəmində dayanan məsələ Avropa Oyunlarının Azərbaycanda keçirilməsidir. 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün iqtidar və müxalifət nümayəndələrinin görüşü zamanı bildirib.

O qeyd edib ki, Oyunlarla bağlı bir çox məsələlər müzakirə mövzusudur: "Ümumiyyətlə Avropa Oyunlarına daxili və xarici münasibət olduğuna görə mən düşünürəm ki, siyasi partiyalar bu məsələlərin müzakirəsindən kənarda qalmamalıdırlar. Ona görə də bugünkü dialoqun gündəliyinə bu mövzunu çıxardıq".

Ə.Həsənov bildirib ki, siyasi partiyaların və hakimiyyət nümayəndələrinin də bu görüşlərdə fərqli təklifləri ola bilər ki, bunlar da yerindəcə müzakirə edilə bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti