"Siyasi partiyalar haqqında" qanun layihəsi redaktə edilib

12:10 | 21.11.2022

"Siyasi partiyalar haqqında" qanun layihəsi redaktə edilib

Azərbaycanda siyasi partiyalar ölkənin tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı  tərəfindən təsis ediləcək. Bu "Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.
 
Qanun layihəsinin ilkin versiyasına görə,  siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.
 
Bundan başqa yeni redaksiyaya əsasən dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olması tələbi də 5000 üzvə kimi endirilib. 

"Siyasi partiyalar haqqında” qanun layihəsinə bu redaktə onun iki ictimai dinləməsindən sonra təklif edilən tövsiyyələr əsasında edilib. 
 
Milli Məclisin payız sessiysına "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi təqdim olunub. Oktyabrın 24-də  və noyabrın 4-də onunla bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək. Yeni qanun layihəsində partiyaların qeydiyyatı, ləğvi və nəzarət mexanizminin müəyyən olunması müzakirə olunur.

Lahiyəyə görə,  siyasi partiyalar iki dəfə ardıcıl  parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməlidirlər. Seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatı  ləğv olunacaq. 

Müxalifət partiya təmsilçiləri qanun layihəsini mürtəce, iqtidar partiyaları isə proqressiv adlandırır.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM