"Siyasi partiyalar haqqında" qanun qəbul olundu - VİDEO

12:08 | 16.12.2022

"Siyasi partiyalar haqqında" qanun qəbul olundu - VİDEO

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik  edilməklə Parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda qəbul olunub. 

Layihənin  deputat Fəzail İbrahimli təqdim edib. O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini bildirib.
 
Daha sonra deputat Əli Hüseynli layihədə olan dəyişilikləri təqdim edib.  Qanun layihəsi 102 səslə təsdiqlənib. Bir nəfər  əlehinə səs verib.

Layihə 6 fəsil, 30 maddədən ibarətdir. 
 
Azərbaycanın aparıcı müxalifət partiyaları isə qanuna dəyişikliklərin mürtəce xarakter daşıdığını bildirib. 
 
Qanun layihəsinin parlamentdə müzakirəsi və qəbulu ilə bağlı video materialı təqdim edirik:


 
 
Gülnar Nazimqızı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM