Sizin təhlükəsiz alış-veriş kartınız var?

17:25 | 09.02.2015
Sizin təhlükəsiz alış-veriş kartınız var?

Sizin təhlükəsiz alış-veriş kartınız var?

Bəyəndiyiniz məhsulu internet səhifəsindən sifariş etmək istəyirsiniz, amma fırıldaqçılıq halı ilə üzləşməkdən, sifarişinizin yanlış və ya zədəli gətirilməsindən qorxursunuz.

 Bu zaman heç bir tərəddüd etmədən, arxayınlıqla internetdən təhlükəsiz alış-veriş edə biləcəyiniz bir kartınızın olmasını arzulayırsınız. Elə isə Unibank-ın Visa kartı əsl sizin arzu etdiyiniz kartdır. Unibank-ın Visa kartı sizə internet üzərindən təhlükəsiz alış-veriş vəd edir.

Unibank-ın Visa kartının sıfır məsuliyyət siyasəti sayəsində isə siz fırıldaqçılığa və yaxud sizin kartınız və ya hesabınız haqqında məlumat vasitəsilə yerinə yetirilən təsdiq edilməmiş alış-verişlərə görə məsuliyyət daşımırsınız. Beləliklə, Siz kartın sanksiyalaşdırılmamış istifadəsindən müdafiə olunmasında əminliklə kartdan istifadə edə bilərsiniz.

Unibank-ın Visa kartının sahibləri üçün daim yeni aksiyalar keçirilir. Fevralın 3-dən başlayan və 2 ay davam edən "Visa ilə əminliklə ödəyin” promo-aksiyası isə facebook-da mükafat udmaq şansı verir. Belə ki www.visa.com.az saytına daxil olub "donmuş-barmaq” testini keçən və facebook səhifəsində nəticəni paylaşan hər kəs – mouse (kompüter siçanı) qazana bilər. Kart sahibləri bu müddət ərzində saytdan Visa-nın ödənişləri qoruması və internetdə təhlükəsiz alış-veriş zəmanəti verməsi ilə bağlı ətraflı informasiya alacaqlar.

Unibank-ın Visa Platinum kart sahiblərinə də xoş xəbər var. Artıq bu ildən Visa Platinum kartlarındakı alış-veriş məbləğləri sığortalanır. Belə ki, il ərzində 20 000 USD məbləğinədək olan ödəniş məbləği 365 gün ərzində sığortalanır. 5000 USD alış-veriş məbləğlərinə isə 365 gün ərzində təminat verilir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank-hər kəsin bankı

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM