"DÇ-2014"dən sonra Braziliya millisi ilə yollarını ayıran Luis Felipe Skolarinin yeni komandası bəlli olub.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Braziliyanın "Qremio" klubunu çalışdıracaq.
"Qremio" ilə bütün məsələlərdə razılığa gələn Skolarinin komandası 12 oyundan sonra 19 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, 65 yaşlı mütəxəssis 1987 və 1993-1996-cı illərdə "Qremio"nu çalışdırmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !