Donbasda gedən döyüşlərdən Slavyansk İstilik Elektrik Stansiyası ciddi zədələnib.
“Ria Novosti”nin məlumatına görə, iki transformator sıradan çıxıb, stansiyanın əsas binası və iki min ton mazut tutan çən ciddi zədələnib. Mazut yerə dağılır, binada isə yanğın başlayıb.
Slavyans İES fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Xəbərdə bildirilir ki, döyüşlərdə vəziyyət həddən artıq gərgindir. İtkilər və tələfat barədə əlavə məlumat yoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !