• $
  • €
  • ₽
  • ₺
  • £

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu AÇIQLADI - YENİLƏNİB

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu AÇIQLADI - YENİLƏNİB
16.05.2024 18:56
Sui-qəsdə cəhdə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır olaraq qalır.

Bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Banska-Bistrisa xəstəxanasında hökumət başçısını ziyarət etdikdən sonra jurnalistlərə məlumat verib.

"Baş nazir Robert Fitsonun vəziyyəti ağır olaraq qiymətləndirilir. O, ölümün bir addımlığında idi. Mənə onunla ancaq bir neçə dəqiqə danışmağa icazə verildi. Danışa bilsə də, çox yorulur”, - deyə Pelleqrini qeyd edib.
 
 ***

Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən yazıçı Yuray Çintula hadisəni niyə törətməsi haqda açıqlama verib.Bu barədə yerli "ta3” telekanalı məlumat yayıb.

"Mən hökumətin siyasəti ilə razı deyiləm”, - deyə o bildirib.
 
 
 21:57
 
Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən yazıçı Yuray Çintulanın oğlu hadisədən sonra danışıb.Bu barədə Slovakiyanın "Aktuality” nəşri məlumat yayıb.

Onun sözlərinə görə atası ona Baş naziri öldürmək planları barədə heç nə deməyib:

"Atamın nə planlaşdırdığı, bu hadisənin nə üçün baş verdiyi barədə heç bir fikrim yoxdur”.

O, atasının qanuni olaraq odlu silaha sahib olduğunu etiraf edib.
 
 ***

Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən şəxsin kimliyi məlum olub.

"Dennik. N” nəşri xəbər verir ki, şübhəli şəxs yazıçı və şair, DÚHA ədəbi klubunun yaradıcılarından biri, Proqressiv Slovakiya partiyasının tərəfdarı Yuray Çintuladır.

Məlumata görə, həmin şəxs əlində olan qısa lüləli tüfəngdən atəş açıb.Polis sui-qəsddən sonra onu saxlayıb.

 17:57

Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı yaralanıb.Bu barədə xarici media xəbər verir.
 
Fitsonun başından və qarnından yaralandığı, atəş açan şəxsin isə saxlanıldığı bildirilir.

İlkin məlumata görə, hadisə Slovakiya Nazirlər Kabinetinin iclasından sonra baş verib. Belə ki, Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə atəş səsi eşidilib. 
 
Robert Fitso 2023-cü ildən Slovakiyanın Baş naziridir. O, bundan əvvəl 2006-2010 və 2012-2018-ci illərdə də bu vəzifəni icra edib. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Dünya 20:06
Fransada fövqəladə vəziyyət elan edilə bilər
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
Dünya 19:15
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
4 mindən çox insan Eboladan ölüb
Dünya 17:10
4 mindən çox insan Eboladan ölüb
Türkiyədə sel nəticəsində ölənlərin sayı doqquza çatıb - Yenilənib
Dünya 13:44
Türkiyədə sel nəticəsində ölənlərin sayı doqquza çatıb - Yenilənib
İstanbulda güclü yağışlar nəticəsində ölənlərin sayı 6-ya çatıb
Dünya 12:07
İstanbulda güclü yağışlar nəticəsində ölənlərin sayı 6-ya çatıb
Putin Tramp və Si Cinpinlə Ukrayna məsələsini müzakirə etməyi təklif edib
Dünya 09:29
Putin Tramp və Si Cinpinlə Ukrayna məsələsini müzakirə etməyi təklif edib
Tramp İsrail xalqına müraciət edib
Dünya 23:27
Tramp İsrail xalqına müraciət edib
Marko Rubio Özbəkistana səfər edib
Dünya 21:50
Marko Rubio Özbəkistana səfər edib
İranda yeni müdafiə naziri seçilib
Dünya 13:07
İranda yeni müdafiə naziri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol