Smartfonlara “ölüm düyməsi” quraşdırılacaq

23:30 | 12.08.2014
Smartfonlara “ölüm düyməsi” quraşdırılacaq

Smartfonlara “ölüm düyməsi” quraşdırılacaq

Telefon istehsalçılarını qurğuları uzaq məsafədən bloklama funksiyası ilə təchiz etməyə məcbur edəcək qanun layihəsi qəbul edilə bilər.“Kill Switch” (“ölüm düyməsi”) texnologiyası yalnız ABŞ-da deyil, bütün dünyada satılan “Apple iPhone” və “Samsung Galaxy” smartfonlarında istifadə olunacaq.“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, avqustun 11-də ştat Senatı oğurlanmış və ya itirilmiş elektronikanın məcburi bloklanması mexanizminin tətbiqi haqqında qanun layihəsini səs çoxluğu ilə qəbul edib. Artıq Kaliforniya qubernatoru Cerri Braun öz qərarını açıqlamalıdır. Son ildə müxtəlif ölkələrin hakimiyyəti dəfələrlə smartfon və mobil operator istehsalçılarını mobil elektronikanı elə mexanizmlərlə təchiz etməyə səsləyiblər ki, onun köməyi ilə məsafədən telefondakı şəxsi məlumatları silmək və aparatı qeyri-işlək etmək olar. Beləliklə, istifadəçilər mobil telefonun oğurlanması və ya itməsi halında öz məlumatlarını qoruya bilərlər. “Bizim məqsədimiz ondan ibarətdir ki, küçələrdə ən geniş yayılmış cinayətlərdən biri olan smartfon oğurluğunun qarşısını alaq” – mobil qurğulara “Kill Switch” funksiyasının məcburi tətbiqi haqda qanun layihəsinin müəlliflərindən biri demokrat Mark Leno deyib. O bildirib ki, smartfonlardan istifadə çoxaldıqca, oğurluq hallarının sayı da artıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM