Snayperlərimiz mükafatsız qaldı

18:00 | 29.07.2017
Snayperlərimiz mükafatsız qaldı

Snayperlərimiz mükafatsız qaldı

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 8-ci günü arxada qalıb.

Anews,az apasport.az-a istinadən xəbər verir ki,5 medal dəsti sahibini tapıb.

Azərbaycan yığmasının idmançıları bu dəfə də mükafatsız qalıb. 10 m məsafədən pnevmatik tapança ilə atəş açmada qızlar qüvvəsini sınayıb. Hədəf önünə keçən Leyla Mirzəzadə 400 mümkün xaldan 365 xal toplayıb. 19-cu olan idmançımız finala yüksələ bilməyib.

Eyni məsafədən tüfənglə atəş açmada isə Nəzrin Salamzadə çıxış edib. O, təsnifat mərhələsində 398 xal toplayıb və 34 snayper arasında 33-cü olub.

Stend atıcılığının qarışıq komandaların trap növü üzrə yarışında ölkəmizi təmsil edən iki cütlük yarışa qatılıb. Əli Hüseynli və Aydan Camalova 85 xalla 23-cü, Tamerlan Məmmədov və Şəfəq Əmrahova 76 xalla 25 komanda arasında sonuncu olub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM