Sneyderdən "Mançester Yunayted" açıqlaması

12:17 | 12.12.2013
Sneyderdən "Mançester Yunayted" açıqlaması

Sneyderdən "Mançester Yunayted" açıqlaması

"Qalatasaray" klubunun yarımmüdafiəçisi Uesli Sneyder gələn ay "Mançester Yunayted"ə transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu "Qalatasaray"da qalmaq istədiyini deyib:

"Açığı, mən də sizin qədər bilirəm. Özümlə bağlı çıxan xəbərləri gördüm. Hazırda "Mançester Yunayted"ə keçidim gündəmdə deyil. Daha öncə də digər klublarla adım hallanmışdı. Ancaq bu xəbərlər bəzən məni məyus edir. Çünki hər dəfə azarkeşlərə açıqlama vermək məcburiyyətində qalıram. Türkiyədə azarkeşlər çox emosionaldırlar. "Qalatasaray"da özümü yaxşı hiss edirəm və Çempionlar Liqasında yolumuza davam etmək istəyirəm. Əlbəttə, gələcəkdə nələr olacağını deyə bilmərəm, ancaq hazırda "Qalatasaray"da xoşbəxtəm".

Qeyd edək ki, Sneyder ötən mövsüm qış transfer pəncərəsi dönəmində "İnter"dən "Qalatasaray"a transfer olunmuşdu. 

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM