Snouden Putinə müraciət edəcək

13:00 | 29.05.2014
Snouden Putinə müraciət edəcək

Snouden Putinə müraciət edəcək

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden müvəqqəti sığınacaq müddətinin uzadılması üçün Rusiya hökumətinə müraciət edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın NBC telekanalı xəbər yayıb. E.Snouden hələlik ABŞ-a qayıtmaq istəmir və buna görə də müvəqqəti sığınacaq müddətinin uzadılması üçün Rusiya hökumətinə müraciət etmək niyyətindədir.Keçmiş MKİ agenti nə vaxtsa ABŞ-a qayıtmaq istədiyini də deyib. "Dünyanın hansısa yerinə getmək imkanım olsaydı, həmin yer mənim doğma evim olardı", - E.Snouden bildirib.Keçmiş agent Rusiyaya gəlməyini isə təsadüfi hesab edir: "Mətbuata bəzi məlumatlar sızdırdım. Bunu vətənim üçün etmişəm. Rusiyadan müvəqqəti sığınacaq istəməyi isə heç vaxt planlaşdırmamışdı. Sadəcə şərait belə gətirdi. İnsanlar məndən soruşur ki, niyə Rusiyanı seçmişəm. Onlara cavab verirəm ki, bunu ABŞ dövlət departamentindən soruşun".ABŞ dövlət katibi Con Kerri isə dedib ki, E.Snouden özündə cəsarət toplayıb vətəninə qayıtsın.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM