Amerika xüsusi kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Edvard Snouden Rusiyada yaşamaq hüququ aldı.ANS PRESS-in məlumatına görə, onun Rusiya Federasiyası ərazisində qalma müddəti üç il uzadılıb. Bu barədə onun vəkili Anatoli Kuçerena açıqlama verib. "Qərar ərizə əsasında qəbul edildi. Edvard Snouden müvafiq olaraq 1 avqust 2014-cü ildən Rusiyada 3 il ərzində yaşama hüququ aldı" - deyə o, bildirib. Onun sözlərinə görə, Snouden Rusiyada beş il yaşadıqdan sonra Rusiya vətəndaşlığına iddia edə bilər.Xatırladaq ki, Edvard Snouden 23 iyun 2013-cü ildən Moskvadadır. Həmin ilin avqust ayında bir il müddətində Rusiya ərazisində müvəqqəti sığınacaq almışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !