Sobçak: Krım Ukraynanındır

18:00 | 24.10.2017
Sobçak: Krım Ukraynanındır

Sobçak: Krım Ukraynanındır

Rusiyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyən teleaparıcı Kseniya Sobçak rəsmi Moskvanın Krımla bağlı addımlarını qeyri-qanuni hesab edir. 

Anews.az-ın məlumatına görə, bu barədə oktyabrın 24-də  aparıcı özünün mətbuat konfransı zamanı bildirib.

"Beynəlxalq hüquq nöqteyi-nəzərindən Krım Ukraynanındır. Biz verdiyimiz vədin üstündə durmadıq, 1994-cü ildə imzalanmış Budapeşt memorandumunu pozduq. Biz söz verdik və onun üstündə durmadıq ”, - deyə Sobçak bildirib. 

O bildirib ki, bu məsələ ilə bağı növbəti danışıqlar aparılmalı, kompromis yol axtarılmalıdır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM