Caspian European Club-un icraçı direktoru Telman Əliyevin sözlərinə görə, «3-cü Beynəlxalq Caspian Energy Forum – 2015 tədbirinin açılış mərasiminə Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri Zati-aliləri İlham Əliyev dəvət olunub».
T.Əliyevin sözlərinə görə, «tədbirdə həmçinin Azərbaycan, Xəzər-Qaradəniz, Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik və qurumların sədrləri, Azərbaycanda akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcək».
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qaradəniz, Baltik regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasının bütün aspektləri müzakirə ediləcək. Azərbaycanın energetika, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, artan qaz upstream-i, Cənub dəhlizi layihələri, Xəzərin resurs potensialı məruzəçilərin, deleqatların və forum iştirakçılarının diqqət mərkəzində olacaq.
Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forum keçiriləcək. Caspian European Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və digər qeyr-neft sektorunun sistemlərinə innovasiyaların yönəldilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə olunacaq.
Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyklər və işgüzar naharın təşkil olunması nəzərdə tutulub. Axşam qala-ziyafət çərçivəsində Caspian Energy Award – 2015 mükafatının rəsmi təqdimetmə mərasimi keçiriləcək.
Qızıl sponsorlar: Cross Caspian Oil and Gas Logistics LLC, "Azpetrol Ltd” MMC və PASHA Bank ASC. Gümüş sponsor: «Azərbaycan Dəmir Yolları» QSC. Bürünc sponsorlar: Ecoland, PASHA Insurance, Caspian Wireline Services, SOCAR-FUGRO, Atropatena. Rəsmi travel tərəfdaşı: Improtex Travel.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !