Oxu.Az xəbər verir ki, bunu "SOCAR Türkiyə”nin Baş icraçı direktoru Kənan Yavuz dünən keçirilən yeni ofis binasının alqı-satqı müqaviləsinin imzalanması zamanı bildirib.
Kənan Yavuz bu addımı məsrəfləri azaltmaq ilə də əlaqələndirdi:
"Gələcəkdəki ehtiyaclarımızı da planlaşdıraraq "Vadistanbul Bulvar”ı seçdik. Hazırkı ofisimiz şirkətimizin ehtiyaclarını ödəmək üçün yetərsiz olduğundan müxtəlif binalarda kirayənişin kimi həyata keçirdiyimiz fəaliyyətləri vahid mərkəzdə toplamaqla məsrəfləri azaltmaq, məhsuldarlığı artırmaq niyyətindəyik”.
Mərasimdə vurğulanıb ki, "SOCAR Türkiyə” İstanbulun Ayazağa səmtində həyata keçirilən "Vadistanbul Bulvar” layihəsinə daxil olan 19 min kvadratmetrlik bloku "Odeabank” ilə imzaladığı 2 ili ödənişsiz olmaqla 10 illik kredit müqaviləsi çərçivəsində 75 milyon dollara satın alıb.
"Layihələrimiz sürətlə irəliləyərkən, şirkətlərimizin bütün funksiyalarının eyni mərkəzdə birləşdirməyin faydalı olacağına inanırıq. Etdiyimiz bu yatırımı əməkçilərin motivasiyasını yüksəldəcək bir vasitə olaraq görürük”- deyə icraçı direktor bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !