Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə ofisinin bağlanması ilə bağlı yayılan xəbər həqiqətə uyğun deyil.
Bu barədə "Report"a SOCAR Sərmayə İdarəsindən bildirilib.İdarədən bildiriblər ki, "SOCAR"-ın Türkiyədəki şirkətində restrukturizasiya həyata keçirilir. Bu işlər çərçivəsində şirkətin İstanbulda ofisi paytaxt Ankara şəhərinə köçürülüb, prosedur qaydalarına görə isə bununla bağlı qəzetdə elan verilib.
"SOCAR-ın Türkiyədəki nümayəndəliyi həcminə görə şirkətin ən irimiqyaslı xarici strukturudur. Hansısa ləğv olunmadan söz gedə bilməz. Sadəcə nəzdində 28 şirkətin birləşdiyi "SOCAR Türkiyə"də bir sıra hallarda restrukturizasiyanın həyata keçirilməsi labüddür", - Sərmayə İdarəsindən bildirilib.
Qeyd edək ki, bu gün bəzi KİV-lərdə SOCAR-ın İstanbul nümayəndiliyinin ləğv edilməsi ilə bağlı xəbər yayılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !