ABB özünün törəmə müəssisəsi olan "ABB İnvest” şirkəti
vasitəsilə daha bir investisiya fürsətini ABB mobile tətbiqi üzərindən əlçatan
edib. Artıq SOCAR-ın "Yaşıl” istiqrazlarını da ABB mobile tətbiqi vasitəsilə,
heç yana getmədən, əvvəldən sona tam rəqəmsal təcrübə ilə, cəmi bir neçə
toxunuşla və komissiyasız əldə etmək olar.
SOCAR-ın "Yaşıl” istiqrazlarının buraxılışına 15
yanvar 2025-ci il tarixindən start verilib. Emissiyanın ümumi məbləği 200
milyon ABŞ dollarıdır. İstiqrazların sayı 200 min ədəd, hər birinin nominal dəyəri
1 000 ABŞ dollarıdır.
Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların
illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. "Yaşıl” istiqrazları əldə
etmək üçün son tarix 28 fevral 2025-ci ildir.
İnvestorlar bu tarixə qədər ABB mobile vasitəsilə
sifarişlərini yerləşdirərək SOCAR-ın "Yaşıl” istiqrazlarını əldə edib
investisiya imkanlarından faydalana bilərlər.
"Yaşıl Gəlir, Yaşıl Gələcək” devizi ilə buraxılmış istiqrazların
yerləşdirilməsindən əldə olunan vəsait "SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə
və investisiyalarına sərf ediləcək. Bu baxımdan, SOCAR-ın "Yaşıl” istiqrazları vətəndaşlara
etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, ölkəmizin "Yaşıl
enerji" sahəsindəki təşəbbüslərini də dəstəkləyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !