• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

SOCAR-ın yeni vitse-prezidentləri kimlərdir?

SOCAR-ın yeni vitse-prezidentləri kimlərdir?
11.08.2021 19:12
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Neft Şirkətinə iki yeni vitse-prezident təyin edib. Bunlar Kənan Təhməz oğlu Nəcəfov və Zaur Aydın oğlu Qurbanovdur.


"Qafqazinfo" bu məqamda yeni vəzifəyə təyin edilən vitse-prezidentlərin bioqrafiyasını təqdim edir.

Kənan Nəcəfov 1975-ci ildə Bakıda anadan olub. O, BDU-nun Beynəlxalq hüquq fakültəsini məzunudur. 

K.Nəcəfov daha sonra ABŞ-ın Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecinin Hüquq üzrə magistratura proqramına qəbul olub, 1999-cu ildə Beynəlxalq biznes hüququ ixtisası üzrə magistratura pilləsini (LLM) bitirib. 2001-ci ildə ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinə daxil olub və 2003-cü ildə Biznes inzibatçılığı (Maliyyə ixtisası) üzrə magistratura pilləsini (MBA) bitirib.

1996-1998-ci illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis vəzifəsində çalışıb.
2003-2008-ci illərdə BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə çalışıb.

2012-2015-ci illərdə Bakıda "Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifəsində işləyib. 2015-ci ildən 2020-ci ilin avqustunadək sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 

İqtisadiyyat nazirinin 5 avqust 2020-ci il tarixli əmrinə əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Zaur Qurbanova gəlincə, o, bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqin direktoru müavini vəzifəsində çalışıb. Yeni vitse-prezident daha öncə beynəlxalq audit şirkəti olan "Ernst & Young”un Azərbaycandakı törəməsində vergi direktoru kimi fəaliyyət göstərib.
Fotoda Zaur Qurbanov


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Siyasət 21:36
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Siyasət 21:29
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Siyasət 21:21
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Əli Əsədov Su Hui ilə görüşüb
Siyasət 18:38
Əli Əsədov Su Hui ilə görüşüb
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Siyasət 15:51
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
Siyasət 12:27
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Siyasət 11:18
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Prezident Qarabağ Universitetinin Klinikası binasının və tədris korpusunun açılışında iştirak edib
Siyasət 17:05
Prezident Qarabağ Universitetinin Klinikası binasının və tədris korpusunun açılışında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol