SOCAR kredit üçün Mərkəzi Banka müraciət etdi

20:30 | 25.12.2014
SOCAR kredit üçün Mərkəzi Banka müraciət etdi

SOCAR kredit üçün Mərkəzi Banka müraciət etdi

Dövlət Neft Şirkəti Neft-qaz emalı və Neft-Kimya kompleksinin birinci mərhələsinin tikintisinə kredit verilməsi üçün Mərkəzi Banka müraciət edib.


ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib: "Biz artıq rəsmi olaraq Mərkəzi Banka müraciət etmişik. Müraciət analiz olunaraq cavablandırılacaq. Şirkətlər tərəfindən qaz emalı zavoduna təkliflər artır.

Qaz emalı zavoduna sərmayə qoyaraq illər boyu qazanc əldə etmək olar, alınan əlavələri kimya məhsulu kimi istifadə edib dünya bazarına çıxarmaq olar. Bu layihə banklar, investorlar tərəfindən maraqla qarşılanır. Biz də bunu nəzərə alaraq Mərkəzi Banka müraciət etdik". O qeyd edib ki, Qaz emalı zavodu üçün 2,1 milyard dollar vəsait lazım olacaq. Vitse-prezidentin sözlərinə görə, bu məbləğin 30%-i səhmdar kapitalı kimi, 70 % cəlb olunmuş vəsait kimi həyata keçirilə bilər. S.Qasimov əlavə edib ki, 2018-ci ilə kimi 1 milyard dollara qədər vəsait cəlb olunması planlaşdırılır.

 

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM