“SOCAR Turkiye Enerji” STAR neft emalı zavodunun gücünü artırır

15:19 | 12.05.2023
“SOCAR Turkiye Enerji” STAR neft emalı zavodunun gücünü artırır

“SOCAR Turkiye Enerji” STAR neft emalı zavodunun gücünü artırır

"SOCAR Turkiye Enerji” STAR neft emalı zavodunun gücünü 11,3 milyon tondan 12 milyon tona çatdıracaq, bu barədə "SOCAR Turkey” "Petkim”in neft emalı və neft-kimya biznes bölməsinin rəhbəri Anar Məmmədov bildirib.
     
"Bu il biz STAR neft emalı zavodunda emal həcmini ildə 12 milyon tona çatdırmağı planlaşdırırıq. Ötən il bu rəqəm 11,3 milyon tona bərabər olub. Bu ilin birinci rübünün göstəriciləri onu deməyə əsas verir ki, bizim buna nail olacağımız ehtimalı yüksəkdir. ”, - Məmmədov bildirib.
 
STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və bütün növ neftin emalı üçün nəzərdə tutulub.
     
Məmmədovun sözlərinə görə, hazırda zavod Türkiyənin əsas neft məhsulları növlərinə olan tələbatının 25%-ni təmin edir. Neft emalı zavodunun fəaliyyəti "Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə imkan verir və SOCAR-ın öz dizel yanacağı, təyyarə yanacağı və kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına şərait yaradır.
     
Məmmədov onu da qeyd edib ki, hazırda zavodda istehsal olunan dizel yanacağının 65 faizi Türkiyə bazarının tələbatına, 35 faizi isə Aralıq dənizi bazarına ixrac olunur.
   
SOCAR STAR neft emalı zavodunun tikintisinə təxminən 7 milyard dollar sərmayə qoyub.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM