2024-cü ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı "SOCAR Ukraine” törəmə şirkəti yanacaq satışından ən çox vergi ödəyən şirkət olub. Bu barədə Ukraynanın Sosial-İqtisadi Transformasiya İnstitutunun (ISET), CASE analitik mərkəzinin və İqtisadi Ekspert Platformasının mütəxəssisləri tərəfindən aksizli mallarda "kölgə" payının və onun dinamikasının müəyyən edilməsi üzrə araşdırmasında bildirilib.
Məlumata görə, "SOCAR Ukraine” işçilərinə görə ən çox vergi ödəyən ikinci şirkət olub.
2023-cü ilin üç rübündə "SOCAR Ukraine” yanacaq satışına görə ən çox vergi ödəyən şirkət olub, iki rübündə isə işçilərinə görə ən çox vergi ödəyən şirkətlər arasında lider olub.
Araşdırmanın müəlliflərinin qeyd etdiyi kimi, aksiz vergiləri ikili məqsədlə müəyyən edilir. Bir tərəfdən, tələbin çevikliyinə görə müəyyən növ malların istehlakını süni şəkildə azaltmaq, digər tərəfdən, büdcəni müəyyən dərəcədə doldurmaqdır. Bu, əksər digər vergilərdən daha az zərərlidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !