• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

SOCAR və BOTAŞ yeni müqavilə imzalayıb

SOCAR və BOTAŞ yeni müqavilə imzalayıb
04.06.2024 09:37
SOCAR və BOTAŞ "Şahdəniz”  yatağının "Mərhələ-1” layihəsi çərçivəsində Azərbaycan qazının Türkiyəyə nəqli müddətini uzatçaq barədə müqavilə imzalayıb. 

Müqavilə 2025-2030-cu illəri əhatə edir. 

Azərbaycan qazının Mərhələ-1 çərçivəsində nəqli müddəti 2024-cü ildə bitir. 

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Bu yataq dünyanın iri qaz-kondensat yataqlarından biridir. 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz” yatağının kəşf edilməsi və "Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.

"Şahdəniz Mərhələ 1” üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb. Mərhələ 1 üzrə maksimum hasilat ildə təxminən 10 milyard kub metr qaz və gündə 50000 barel kondensat təşkil edir.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ÜDM 2025-ci ilin ilk yarısında 1,5% artıb
İqtisadiyyat 13:18
Azərbaycanda ÜDM 2025-ci ilin ilk yarısında 1,5% artıb
Beş ayda orta aylıq əməkhaqqı 9,1% artıb
İqtisadiyyat 13:13
Beş ayda orta aylıq əməkhaqqı 9,1% artıb
“Bitcoin”in qiyməti 117 min dolları keçib
İqtisadiyyat 10:20
“Bitcoin”in qiyməti 117 min dolları keçib
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:18
Qızılın qiyməti bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:29
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Bitcoin 116 min dolları keçərək tarixi maksimuma çatdı
İqtisadiyyat 07:15
Bitcoin 116 min dolları keçərək tarixi maksimuma çatdı
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
İqtisadiyyat 15:41
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
İqtisadiyyat 12:59
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol