SOCAR və “Romgaz S.A.” arasında qaz nəqlinə dair saziş imzalanıb

Saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və Romgaz S.A. arasında imzalanan sənədlərin davamı hesab olunur.
SOCAR və Romgaz S.A. ilə 2022-ci il dekabrın 16-da imzalanan müqaviləyə əsasən 2023-cü ildən Azərbaycan qazı Rumıniyaya ixrac edilir.
Rəsmi olaraq tərəflər müqavilənin təfərrüatlarını açıqlamasalar da, Aropa KİV-lərinin məlumatına görə, imzalanmış qısamüddətli spot müqavilə 2023-cü il yanvarın 1-dən aprelin 1-dək Rumıniyaya 300 milyon kubmetrədək qazın ixracını nəzərdə tutur. Hazırda gündəlik ixracın həcmi 4,2 milyon kubmetrə təşkil edir.
Rumıniyaya qaz ixracı Transadriatik qaz kəməri (TAP) vasitəsilə həyata keçirilir.
www.anews.az
Son xəbərlər
Daha çox 