SOCAR xalis gəliri 2,1 milyard manat təşkil edib

15:36 | 27.06.2024
SOCAR xalis gəliri 2,1 milyard manat təşkil edib

SOCAR xalis gəliri 2,1 milyard manat təşkil edib

2023-cü ildə SOCAR-ın ümumi dövriyyəsi 85,2 milyard manat, ümumi mənfəəti 8,6 milyard manat, xalis mənfəəti isə 2,1 milyard manat təşkil edib. Şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib. Bu barəfə SOCAR - konsolidasiya edimiş hesabatında deyilir. 

Hesabat ilində SOCAR-ın cari aktivləri 22,9 milyard manat, ümumi aktivləri 72,0 milyard manat təşkil edib. 

"SOCAR uzunmüddətli aktivləri 3,4% artımla 49,0 milyard manata, cəmi kapitalı 4,5% artaraq 34,8 milyard manata yüksəlib” , -məlumatda deyilir. 

Hesabat dövründə SOCAR-ın cari öhdəlikləri 32,4% azalaraq 19,6 milyard manat, uzunmüddətli öhdəlikləri 5,3% azalaraq 17,6 milyard manat, ümumi öhdəlikləri isə 21,9% azalaraq 37,1 milyard manat təşkil edib.

SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatını nüfuzlu beynəlxalq audit şirkəti olan "Ernst & Young Holdings (CIS) B.V.” dəyərləndirib.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM