Təbrizdə "Şəhrdari” adı daşıyan bütün idman komandalarının ləğv edilməsi haqda qərar çıxarılıb.
Axar.az xəbər verir ki, Təbriz Şəhər Şurası üzvlərinin üçdə ikisinin komandaların qalmasını müdafiə etməsinə baxmayaraq, Şəhər İcra Hakimiyyətinin başçısı Əliyar Rastqu və Şəhər Şurasının islahatçı üzvlərinin müdaxiləsi nəticəsində şəhər bələdiyyəsinin bütün idman komandaları ləğv edilib.
Bu qərar nəticəsində ölkədaxili və Asiya üzrə yarışlarda böyük uğurlara imza atan Təbriz Bələdiyyəsinin futbol, basketbol, voleybol, velosiped, şahmat və yüngül atletika komandalarının fəaliyyəti dayandırılıb. Voleybol və basketbol komandalarının üzvləri "Şəhrdari”ni saxlamaq üçün məsul şəxsləri razı salmağa çalışırlar.
Qeyd edilir ki, Təbriz Şəhər Şurasının sözdə islahatçı üzvü Fərəc Məhəmmədquluzadə komandaların ləğv edilməsi üçün xüsusi cəhd göstərib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !