Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Somadakı faciədən sonra aparılan xilasetmə işlərindən danışıb.
ANN.Az Lent.az-a istinadən xəbər verir ki, daha bir fəhlənin cəsədi uçqun altından çıxarılıb.
“Hazırda xəstəxanalarda 3 xəstəmiz qalıb. O biriləri xəstəxanalardan çıxarılıb. Onların həyatı üçün təhlükə yoxdur”-deyə, nazir mədəndəki yanğınla bağlı açıqlama verib.
Nazir deyib: “Yanğın tamamilə sönməyib. Ancaq böyük bir hissəsi söndürülüb. İşçi qardaşlarımızın cənazələrini ailələrinə verəcəyik.
“Məsuliyyət daşıyanların göz yaşlarına baxmayacağıq ”- demişdim. İlkin olaraq, inzibati istintaqa başlamışıq ”.
Onun sözlərinə görə, 114 mədən ocağı bağlanılıb.
Qeyd edək ki, Soma faciəsinin yaşadığı daş kömür mədənində yanğın söndürülüb. Mədən dəm qazından təmizlənib. Xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirmək üçün şaxtaya daxil olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !