Somanın ürək parçalayan hekayəsi

12:45 | 18.05.2014
Somanın ürək parçalayan hekayəsi

Somanın ürək parçalayan hekayəsi

Toyu üçün işdən 24-25 günlük icazə almışdı. Soma mədənində baş verən qəzadan 20 gün əvvəl evlənmişdi. Evimizin həyətində toyunu etdik. 3 həftə sonra isə eyni yerdə yas çadırlarını qurduq. 

Bunu Soma mədənindəki qəza nəticəsiondə həyatını itirən Mustafa Türkhanın böyük qardaşı Gaffur Türkhan deyib.

Onun sözlərinə görə, Mustafa hərbi xidmətdən yeni qayıtmışdı. Pul qazanıb ailə qurmaq üçün Somadakı mədəndə işə düzəldi. Toydan qalan gəlirlə banklara olan kredit borclarını bağlamağı planlaşdırırdı. Amma əcəl onu daha tez yaxaladı.

Gaffur deyir ki, qardaşının toy üçün işdən aldığı icazə müddəti başa çatdı və işə çıxandan 2 gün sonra mədəndə əbədi torpağa qovuşdu.

“20 gündür ki, ailə quran qardaşım Mustafanı ilk dəfə olaraq həyat yoldaşı işə yola saldı. Bu qardaşımın son gedişi oldu. Digər qardaşım Rasim də həmin mədəndə işləyirdi. Rasim növbəni dəyişmək üçün Mustafanı gözləyirdi. Lakin Rasimə onun cəsədini qucaqlamaq qismət oldu. Kreditlərini ödəmək üçün girdiyi mədən onun məzarı oldu”,- deyə Gaffur bildirib.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti