DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən may ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 24 əməliyyat keçirilib.Nəticədə 26 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Onlardan 9-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olublar. Əməliyyatlarla "qara bazar”-da dəyəri 3 milyon manat olan 165 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, tiryək, 9900 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələ keçirilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !