Son bir ildə 57 483 şagird olimpiyadalarda iştirak edib - Fuad Qarayev

17:36 | 05.07.2024
Son bir ildə 57 483 şagird olimpiyadalarda iştirak edib - Fuad Qarayev

Son bir ildə 57 483 şagird olimpiyadalarda iştirak edib - Fuad Qarayev

2023-2024-cü il ərzində ölkə üzrə 57 483 şagird Respublika Fənn Olimpiyadasında iştirak edib. Onlardan 1025 finala keçib.
Bunu təhsil institutunun direktoru Fuad Qarayev deyib.

"Son 10 ildə olimpiyadalarda iştirak edən şagirdlərin sayı 36 907 nəfərdən 57 483 çatıb. Həmçinin son 10 ildə şagidlərimizin qazandığı medalların sayı 470-ə çatıb. Şagidrlərimiz Türkiyədə keçirilən son olimpiyada riyaziyyat fənni üzrə ikinci yeri tutublar. Ölkə üzrə artıq kənd və qəsəbələrdən yarışlara maraq artıb. Belə ki, ötən il kənd və qəsəbələr üzrə olimpiyadalara 74 şagird qoşulub",- Qarayev iyulun 5-də Respublika Fənn Olimpiyadalarında çıxışı zamanı deyib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM