• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

2022- ci ildə 58 reportyor vəzifə borcunu yerinə yetirərkən ölüb

2022- ci ildə 58 reportyor vəzifə borcunu yerinə yetirərkən ölüb
18.01.2023 13:34
2022- ci ildə dünyada 58 reportyor vəzifə borcunu yerinə yetirərkən ölüb. Bunu Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) 2022 ci ildə Parisdə təqdim etdiyi hesabatda deyilib.

Son 20 ildə dünyada ən azı 1688 jurnalist peşə vəzifələrini yerinə yetirərkən ölüb. 
 
Sənədə əsasən, 2003-2022-ci illər arasında hər il orta hesabla 80 media işçisi iş yerində ölüb.

Jurnalistlər üçün ən ölümcül il 144 müxbirin öldürüldüyü 2012-ci il olub. 
 
2013-cü ildə 142 jurnalist zorakılığın qurbanı olub.
 
Jurnalistika üçün ən faciəli illərdən sonra, əsasən Suriyadakı müharibə nəticəsində, 2021-ci ilə qədər media işçiləri arasında qurbanların illik sayı 51-ə düşüb. 


Jurnalistlər arasında ölüm hallarının 80 faizi 15 ölkədə, xüsusilə də 2003-cü ildən bəri ümumilikdə 578 media işçisinin öldüyü İraq və Suriyada baş verib. Üçüncü yerdə Meksika (125), ardınca Filippin (107), Pakistan (93), Əfqanıstan (81) və Somali (78) qərarlaşıb.

Rusiya 25 müxbirinin vəzifə borcunu yerinə yetirərkən həlak olduğu Avropada jurnalistlər üçün ən təhlükəli ölkə olaraq qalır. İkinci yerdə Ukraynadır (20 ölü, onlardan səkkizi Rusiyanın bu ölkəyə silahlı hücumu zamanı ölüb)
 
2021-ci ildə dünyanın müxtəlif ölkələrində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib.
 
Beynəlxalq Jurnalistlər Federasiyasının (İJF) yaydığı hesabatda qeyd edilir ki, həlak olan jurnalistlərdən 33-ü birbaşa hücum zamanı qətlə yetirilib. O cümlədən, Asiya-Sakit Okean zonasında 20, Qərb yarımkürəsində 10, Afrikada 8, Avropada 6 jurnalist öldürülüb.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Dünya 20:20
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Dünya 18:45
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Estoniyada helikopter dənizə düşüb
Dünya 17:16
Estoniyada helikopter dənizə düşüb
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Dünya 16:12
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Dünya 15:00
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol