ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avro bir gündə 1.1304-dən 1.1291-ə qədər ucuzlaşıb.
ABŞ dollarının məzənnəsində isə dəyişiklik qeydə alınmayıb.
Belə ki, 1 ABŞ dollarının bu günə olan məzənnəsi 1.0485 olaraq müəyyən olunub.
Rusiya rublunun kursunda isə artım müşahidə edilib. 1 rublun bu günə olan məzənnəsi 0.018-dən 0.0183-ə qədər bahalaşıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !