Son üç ayda dünyada qaçqınların sayı 1,6 milyon çoxalıb - BMT

13:35 | 26.10.2023
Son üç ayda dünyada qaçqınların sayı 1,6 milyon çoxalıb - BMT

Son üç ayda dünyada qaçqınların sayı 1,6 milyon çoxalıb - BMT

2023-cü ilin son üç ayında dünyada qaçqınların sayı 1,6 milyon artaraq 114 milyona çatıb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqladığı hesabatda qeyd olunub. 
 
İyun ayının statistikasına görə bu rəqəm 110 milyon olub. 
 
Ukraynadakı müharibə və Sudan, Konqo Demokratik Respublikası və Myanmadakı münaqişələr, Somalidəki quraqlıq, daşqınlar və təhlükəsizliksizlik, eləcə də Əfqanıstanda uzun sürən humanitar böhran həyəcan verici yeni ümumiliyin əsas amilləri olub.


Azərbaycanın da Qarabağ ərazisi işğal olunduqdan sonra rəsmi statistikada 1 milyondan çox qaçqın və məcburi köçkün qeydiyyata alınıb. 
 
Hazırda azad olunan ərazilərin qaçqın və məcburi köçkünləri "Böyük Qayıdış" proqramı çərçivəsində öz evlərinə qaytarılır. 
 
20 iyun dünyada "Ümumdünya Qaçqınlar günü" kimi qeyd olunur. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM