Sorğu nəticələrində Tramp Harrisi üstələyir

10:08 | 30.08.2024
Sorğu nəticələrində Tramp Harrisi üstələyir

Sorğu nəticələrində Tramp Harrisi üstələyir

Amerikanın keçmiş lideri prezidentliyə namizəd Donald Tramp amerikalı seçicilər arasında digər namizəd Harrisi 2% üstələyir. Bu barədə Amerikanın Rasmussen Reports tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələrində qeyd olunub.  
 
Sorğu iştirakçılarının 48%-i prezident seçkilərində Trampı dəstəkləməyə hazırdır; respondentlərin 46%-i Harrisə üstünlük verir.
 
Respondentlərin 3%-i başqa namizədə səs verəcəklərini bildirib. Sorğu iştirakçılarının daha 3%-i cavabda qərarsız qalıb.
 
15 və 18-21 avqust tarixlərində keçirilən oxşar sorğuda Tramp Harrisi 3 faiz qabaqlayıb. Onun dəstək səviyyəsi 49% olub və respondentlərin 46%-i Harrisə səs verməyə hazır olub.

Sorğu avqustun 25-dən 28-dək aparılıb. Onda 1,9 minə yaxın potensial amerikalı seçici iştirak edib. 
 
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
 
Vitse-prezident postunu tutan Kamala Harris iyulun 21-də Co Bayden yarışdan çıxdığını elan etdikdən sonra Demokratlar Partiyasından prezidentliyə namizəd olub. 
 
Respublikaçıların namizədi Donald Tramp onun əsas rəqibi olacaq.
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM