Sosial şəbəkələr xəbər trafikinə görə “Google”u ötdü

22:38 | 20.08.2015
Sosial şəbəkələr xəbər trafikinə görə “Google”u ötdü

Sosial şəbəkələr xəbər trafikinə görə “Google”u ötdü

İnternet trafikinin təhlili ilə məşğul olan "Parse.ly” məlumatlarına istinadən "Fortune” nəşri yazır ki, sosial şəbəkələr, həmçinin "Facebook” xəbər resurslarına keçidlərin sayına görə "Google” axtarış sistemini ötüblər.
 
Tədqiqat aylıq unikal ziyarətçiləri 1 milyarddan çox olan 400-dən çox böyük xəbər saytının (ənənəvi KİV və internet nəşrlər daxil olmaqla) trafikinin araşdırılmasına əsaslanır.
 
Cari ilin may-iyulunda onlayn mediaya keçidlərin 43 faizi sosial şəbəkələrin payına düşüb, "Google”un payı 38 faiz təşkil edib.
Sonuncu dəfə "Facebook” 2014-cü ilin oktyabrında bu göstərici üzrə "Google”u ötüb, ancaq o zaman fərq cüzi idi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM