Bu ittihamları müğənni Manaf Ağayev Nizami Kino Mərkəzində keçirilən qala gecəsində əməkdaşımızla söhbətində səsləndirib. O, artıq mediadan yan gəzdiyini açıqlayıb. Lakin elə gözümüzün qabağında müğənni öz nömrəsini televiziyaların birinin əməkdaşına verərək, onunla əlaqə saxlamasını istəyib.
Məlumat üçün deyək ki, ifaçının mediaya məlum olan nömrəsinə artıq oğlu cavab verir. O, zəng edən jurnalistlərə atasının telefon işlətmədiyini bildirir.
Bu addımı ilə ifaçı ya televiziya jurnalistlərini jurnalist saymır, ya da saytlardan qaçaraq, özünü sığortalayır. Qaranlıq qalan məqam isə odur ki, ifaçı hansı haqla medianı yalançılıqda, qeyri-peşəkarlıqda günahlandırır?!
Hər həftə bir qalmaqalla gündəmə gələn ifaçının özünü sığortalamağa çalışması bəlkə də, normaldır. Çünki gah məhkəmədən səsi gəlir, gah kriminal avtoritet kimi davranır. Gah da oğlunun lüks maşınları, sürət sevgisi ilə saytların manşetini bəzəyir.
İfaçıya indiyə kimi haqqında yayılan xəbərləri xatırlatmaq istəyirik ki, onların da hansında yalan payı olduğunu bizə göstərsin.
Göz ataq, iki il öncəyə. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun cinayət işində adı zərərçəkən kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesində sənətçi qarşımıza çıxdı. Daha sonra musavat.com-a açıqlama verən ifaçı məhkəmədə sözügedən binanın onlara məxsus olduğunu və orada qarajı olduğunu açıqladı. O bildirdi ki, Çovdarovla heç bir əlaqəsi yoxdur. Yəni, bizim vasitəmizləhaqqında yayılan məlumata aydınlıq gətirdi.
Ötən il isə müğənni oğlunun lüks həyatı ilə gündəm oldu. Xəbərdə şou-biznesin məşhur siması Manaf Ağayevin oğlu Müşfiqinbahalı avtomobil həvəskarı olduğu bildirilir. Məlumata görə, sənətçinin övladının qayda pozmaqla və "avtoş”luq etməklə arası "yaxşıdır”. Çünki Müşfiq özü polis tərəfindən saxlandığı anın fotosunu sosial şəbəkədə bölüşüb. Müşfiqin paylaşımlarına nəzər salsaq, avtomobilə olan sevgisini gizlətmədiyini və maşınlarla şəkil çəkdirməyin bir növ onun hobbisinə çevrildiyini görərik.
2018-ci ilin yayından bəri müzakirələrə səbəb olan addımlar atan da müğənni özüdür. Kişi məclisində içki içərkən çəkilən videosu səs-küyə səbəb olan müğənni Mətanət Əsədovanın "quyu”sunu qazanlara da həddini Ağayev bildirib. O, videonu yayan şəxsi görüşə çağıraraq diz çökdürüb. Bunu biz demirik, müğənni özü açıqlayıb.
Ağayevin "razborka”sı daha sonra da davam edib. O, haqqında status yazan jurnalist Mirismayil Xələflini də görüşə çağırıb. Bu haqda Manaf Ağayev "İnstagram” səhifəsində məlumat verib:
"Axşamınız xeyir, dostlar. Son günlər mediada jurnalist Mirismayıl Xələflinin mənim haqqımda yazdığı status hər kəs, xüsusilə qarabağlılar, füzulililər tərəfindən müzakirə mövzusu olmuşdu. Bu səbəbdən Mirismayıl bəylə görüşüb bu anlaşılmazlığı aradan qaldırdıq və bu videonu sizlər üçün çəkdik”.
Sözügedən görüntülər geniş müzakirə olunub. Hətta, Manaf Ağayevin kriminal avtoritet kimi davrandığı deyilib. Ağayev avtoritetdirmi? Bilmirik.
Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən məcburi köçkün, gözdən əlil idmançı Natiq Novruzzadənin problemini də ifaçı həll edib. İntihar məkanına gələrək idmançını fikrindən daşındırıb. Bu haqda geniş açıqlaması da bizim saytda yayımlanıb.
Son olaraq isə müğənni həmkarı Elvin Abdullayevlə mübahisəsi və geyim qiymətləri ilə gəlib.
"Səni deyirlər” mahnısını oxuyanları tənqid edən Elvin Abdullayevə ifaçının cavabı gecikməyib. Mahnı məşhur olan vaxt ifa edən sənətçi Abdullayevin toy bazarında olmadığını açıqlayıb.
1000 manatlıq kostyumunu ucuz adlandıraraq diqqətləri üzərinə çəkən də, ARB-nin müxbirinə hücim edən də ifaçının özüdür. İfaçı "Shownews” açıqlamasında geyim qiyməti haqqında belə danışıb: "Bahalı geyim deyil, 1000 manatlıq kostyumdur. Camaat 5-10 minlik kostyum geyinir. 250 manatlıq ayaqqabıdır, 100 manatlıq köynəkdir”.
Onun bu açıqlaması birmənalı qarşılanmayıb. Çünki aylıq maaşı 300 manatı keçməyən sadə vətəndaşların olduğu bir ölkədə Ağayevin sözügedən açıqlamasının qıcıq yaratması normaldır. Müğənninin bahalı həyatı, avtomobili, pulu ilə daim öyündüyü isə onu tanıyanlara məlumdur. Bir sözlə, Manaf bəy, deyin görək, yuxarıda sadaladığımız və haqqınızda yazılan hansı xəbər yalandır? Siz medianı hansı xəbərə görə ittiham edirsiniz?
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !