Sovet təhsilində neqativlər daha az idi - Deputat

15:33 | 27.05.2024
Sovet təhsilində neqativlər daha az idi - Deputat

Sovet təhsilində neqativlər daha az idi - Deputat

Sovet təhsilində məktəbdən universitetə qədər tərbiyə sistemi var idi və neqativ hallar az olurdu. Bunu Milli Məclisin elm və təhsil komitəsinin üzvü Afət Həsənova deyib.

 "Ümumi təhsil sistemində dəyişiliklər olmasa, fikizi imkanları məhdud olan uşaqlar çətinliklərlə qarşılaşacaq. Həm Elm və  Təhsil Nazirliyi, həm də biz yeni tərbiyə sisteminin yaranmasına baxmalıyıq. Sovet sistemini baltalasaq da, məktəbəqədərdən  universitetə qədər tərbiyə sistemi vardı.  Neqativ hallar daha az idi",- deputat mayın 27-də "Sağlamlıq imkanları məhdud şəxslərin(xüsusi təhsil) haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat vurğulayır ki, maarifləndirmə, dinləmələr köklü dəyişiliklər üçün səbəb olmayacaq.

"Tək bir tədbirlə, iclasla bu cür məsələləri həll etmək olmaz. Ailələr, məktəblərin iştirakı ilə kompleks tədbirlər olmalıdır. Ekspertlərin prosesə cəlbi də daxil olmaqla bu cür problemləri köklü olaraq birgə həll etməyə ehtiyac var",- deputat söyləyib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM