Dünəndən etibarən yağan yağış Bakıda bir sıra problemlər yaradıb.
ANN.Az xəbər verir ki, Yasamal rayonunda keçmiş "Sovetski” adlanan ərazidə, Balababa Məcidov küçəsi, 2-ci paraleldə bir neçə aydır davam edən tikinti işləri problemlər yaradıb. Belə ki, təmir-tikinti aparılan ərazinin ətrafında xəbərdarlıq nişanları qoyulmadığı üçün piyadalar və avtomobillər tez-tez ərazidəki çuxurlara düşür.
Sakinlər ANN.Az-a bildirib ki, rayonun Balababa Məcidov küçəsində, Mirzə Fətəli Axundov və Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi küçəsi) küçələrinin kəsişməsində yeni tikilinin kommunikasiya xətlərinin çəkilişi aparılır. Bu gün yağan yağış nəticəsində ərazidən keçən maşınlar palçığa batıb, sakinlərin hərəkəti üçün ciddi maneələr yaranıb.
Ərazidən fotoları təqdim edirik:
Kamil ƏMİRLİ
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !