Soylu ABŞ-ı Avropanı idarə etməkdə ittiham edib

16:51 | 03.02.2023
Soylu ABŞ-ı Avropanı idarə etməkdə ittiham edib

Soylu ABŞ-ı Avropanı idarə etməkdə ittiham edib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ı Avropanı idarə etməkdə ittiham edib və Ankaranın işlərinə qarışmamağa çağırıb. Bu barədə "Milliyet” qəzeti yazıb. 

Soylunun sözlərinə görə, Türkiyəyə gələn hər bir Amerika səfiri ölkədə çevrilişi necə tez təşkil edəcəyini düşünür.

Nazirin sözlərinə görə, problem Türkiyə üçün əsasdır.

"Eyni şeyi Avropada edirlər. Onlar Avropanı, Amerika səfirliyini idarə edirlər”, - Soylu bildirib.

O, ABŞ-ın Türkiyədə çevriliş planlaşdırdığını, lakin onların planlarının prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən pozulduğunu vurğulayıb.

Daha əvvəl Soylu ABŞ səfirini "çirkli əllərinizi Türkiyədən çəkməyə” çağırmışdı.

Ankarada da terror aktları təhlükəsi ilə əlaqədar İstanbuldakı konsulluqların bağlanması məsuliyyətsizlik adlandırılıb.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb