Spiker deputata acıqlandı: “Tormozun yoxdur?”

12:40 | 04.03.2014
Spiker deputata acıqlandı: “Tormozun yoxdur?”

Spiker deputata acıqlandı: “Tormozun yoxdur?”

“Ukraynada Azərbaycan səfirliyi var, diplomatlarımız “Maydan”da cərəyan edən hadisələrə nəzarət etməlidirlər. Azərbaycan bayrağı orada qaldırılmamalıdır”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında Etibar Hüseynov deyib. “Hesab edirəm ki, qanunda dəyişiklik edilməlidir ki, bayrağı hər kəs hər yerdə nümayiş etdirməsin. Məsələn, bu yaxınlarda Azərbaycanda cinsi azlığın bir nümayəndəsi intihar etdi. Türkiyədə bununla bağlı aksiya edib Azərbaycan bayrağını qaldırdılar”.Oqtay Əsədov millət vəkilinə çox sərt cavab verib. “Ay Etibar müəllim, elə bil tormozunuz yoxdur. İndicə bildirdim ki, Ukrayna məsələsinə toxunmayın. Gedib orada bayraq tutacaqsanmı? Bayrağı necə əllərindən alacaqsınız? Səfir gedib bayraq tutası deyil ki?”

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM