Spiker: "Bu təhqirdir"

13:00 | 20.06.2014
Spiker: "Bu təhqirdir"

Spiker: "Bu təhqirdir"

“Türk diplomatına qarşı İraqda atılan bu addım Azərbaycan diplomatına qarşı da atıla bilər. Ona görə də biz də Türkiyəyə dəstək olmalıyıq". ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin növbədənkənar iclasında millət vəkili Səyavuş Novruzov deyi b. Deputat NATO PA-nın Bakıda keçirilən seminarına da toxunub. O, bildirib ki, NATO PA-nın seminarında iştirak edən erməni deputatlar Azərbaycandakı müxalifət partıyalarından, bəzi QHT-lərdən Azərbaycan haqqında mənfi fikirlər alırdılar və onu bizə qarşı çıxışlarında söyləyirdilər. "Onların qarşısı alınmalıdır. Ayrı-ayrı müxalifət partiyaları maliyyələşdirilir". Milli Məclisin sədri Oqyat Əsədov isə müharibə şərairində olduğumuzu xatırladaraq milli maraqlarımızı dəstəkləməyənlərin çox olduğunu söyləyib: “"Azərbaycan əsgərləri erməni snayperlərindən ölmür" ifadəsini NATO seminarında demək Azərbaycan xalqına qarşı təhqirdir”.Qeyd edək ki, bu sözləri seminarda Leyla Yunus səsləndirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM