• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Şagirdləri maarifləndirən növbəti təlim reallaşdı

Şagirdləri maarifləndirən növbəti təlim reallaşdı
26.05.2016 18:13
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında maariflənməsi və yaradıcı təfəkkürlərinin inkişafına dəstək” layihəsi çərçivəsində baş tutan təlimin keçirilməsi üçün yenə də Zakir Əhmədov adına 64 saylı tam orta məktəb seçilmişdi. Təlim ənənəvi olaraq Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. 

Təlimçi birinci təlimdə keçirilmiş dərsi xatırlayan düşündürücü suallarla sinfə müraciət etdi. Uşaqlar "yol nişanları nə üçündür”, "Piyadaların vəzifələri nədir” ,” nəyə görə yol hərəkəti qaydalarına əməl etməliyik”suallarına ətraflı cavablar verdilər. Daha sonra ekranda özündə yol hərəkəti qaydalarını əks etdirən şəkillər göstərildi. Müəllim şagirdlərə şəkillər barədə suallar verdi. Şagirdlərdən Aydan, Ənvər, Məhbubə , Aytac və digərləri verilən suallar ətrafında çıxıslar etdilər . Bundan sonra təlim rəhbəri sağirdləri onlar üçün hazırlanmış animasiya filminə baxmağa dəvət etdi. Filmi seyr etdikdən sonra müəllimə sinfə mövzu ətrafında yönəldici suallar verdi. Suallar özündə uşaqları maarifləndirəcək aşağıdakı  məzmunda idi: "Biz yol hərəkəti qaydalarına niyə əməl etməliyik”, "İzlədiyiniz videoçarx nə haqqındadır”. Şagirdlərdən Aytac, Aydan, Ənvər, suallara cavab verdikdən sonra müəllim yenidən sinfə müraciət edərək mövzu ilə ilgili digər suallar verməyə başladı: "Qəzalar necə baş verir”, "Piyadalar nə etməlidir” kimi suallara isə Aynurə, Ələddin ,Fariz, Ənvər cavab verdi. 

Təlim müddətində həmçinin Həcər müəllimə  Qadağa nişanları haqqında şagirdlərə bilgi verməyə başladı. Onlara yol hərəkəti qaydalarına əməl etməyin vacib olduğunu izah etdi. 

Təlimin sonunda usaqlar qruplara bölünərək mövzu ilə əlaqədar qrup halında işləməyə başladılar. Təlimin rəhbəri Əli Cəfərov ötən təlimlərdə olduğu kimi bir daha xüsusi olaraq vurğuladıki, uşaqların qruplara bölünməsi və qrup halında birgə işləməsində əsas məqsəd onların yaradıcı təfəkkürünü inkişaf etdirmək və tədqiqatçılıq qabiliyyətlərini üzə çıxartmaqdır. 

Təlimdə Bakı Usaq teatrının rəhbəri İntiqam Soltan və İlhamə xanım da iştirak edirdilər. Onlar təlim zamanı usaqların aktyorluq bacarıqlarının üzə çıxmasında və mövzu ilə əlaqədar olaraq kiçik səhnəciklərin hazırlanmasında usaqlara kömək edirdilər. 

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin müvafiq təlimləri davam etdiriləcək.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol