Ronaldinyo karyerasını bitirəcəyi vaxtı açıqladı

Braziliya millisinin sabiq üzvü Ronaldinyo karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 36 yaşlı yarımmüdafiəçi daha bir il futbol oynamaq istədiyini bildirib:
"36 yaşım var. Artıq qocalmışam. Bir il də futbol oynayandan sonra karyeramı bitirmək fikrindəyəm” – deyə o qeyd edib.
Ronaldinyo hazırda klubsuzdur. Ancaq o, ötən gün "Barselona”nın ABŞ-dakı elçisi təyin olunub.
Qeyd edək ki, karyerasına Braziliyanın "Gremio” klubundan başlayan sambaçı müxtəlif dövrlərdə PSJ, "Barselon” və "Milan” kimi klubların şərəfini qoruyub.
www.ann.az